AZ   |   RU
"Bayraktar AKINCI" PUA-sı Rusiyanın kamikadze dronunun hədəfində - Animasiya filmi - VİDEO

Rusiya “Checkmate” (Şah-Mat) adlı kamikadze dron istehsal edib. Türkiyənin "Bayraktar AKINCI" pilotsuz uçuş aparatını məhv etmək üçün istehsal olunan kamikadze dronla bağlı animasiya filmi də yayılıb. 

Missiya.Az xəbər verir ki, filmdə 5-ci nəsil “Chekcmate" kamikadze dronunun “Bayraktar AKINCI" PUA-sını hədəf aldığı öz əksini tapıb. 
Animasiya filmində hədəf alınan aviasiya vasitələri arasında ABŞ istehsalı F-35 hücum təyyarəsi də var. 

Qeyd edək ki, Rusiya istehsalı silahlar Azərbaycanın Qarabağ bölgəsində, Suriyada və Liviyada Türiyənin “Bayrakdar TB2” pilotsuz uçuş aparatları ilə bacara bilmir. Türkiyə PUA-larının Rusiya istehsalı ağır silahları – tankları, hava hücumundan müdafiə sistemlərini asanlıqla məhv etməsi Moskvanı narahat etməyə bilməz. Bu səbəbdən, Rusiya istehsal etdiyi silahlara ən böyük rəqib kimi Türkiyə PUA-larını görür. 

Bir müddət əvvəl Rusiyanın Kalaşnikov şirkətinin nəzdindəki ZALA AEROP Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatını məhv etmək imkanına malik olan “Lancet” adlı kamikadze dron istehsal etmişdi.  

İddiaya görə, kamikadze dronları “mina sahəsi” əmələ gətirərək, uçuş cihazlarını, o cümlədən “Bayraktar TB2” pilotsuz aparatlarını məhv edə bilər.  

Rusiya mediasında “Lancet”lə bağlı animasiya filmi də yayımlanmışdı. Animasiyada Rusiyanın kamikadze dronunun Türkiyənin “Bayraqdar” PUA-sını vurduğu əks olunur.

Elvin
Missiya.Az


  • 15-11-2021, 16:01