AZ   |   RU
"Zəfər Yolu" adlı tədbir keçirilib
 
Qaradağ rayonu Sahil qəsəbəsinin gənc fəallarından ibarət olan Sahil İctimai Birliyinin təşkilatçılığı ilə "Zəfər Yolu" adlı tədbir keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirin əsas məqsədi, gənclərin dövlətçilik və millətçilik ənənələrini qoruyub saxlamaq, cəmiyyətin həssas təbəqəsinin yanında olmaq, ictimai məsələlərdə vətəndaşlıq borcunu yerinə yetirmək və bütün bunları gənclərə örnək olaraq göstərməkdir.

Tədbirə Qaradağ rayonu icra nümayəndəliyi, Qəsəbənin təhsil, səhiyyə və digər dövlət qurumlarının rəhbərləri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları qatılıblar.



  • 4-11-2021, 17:34