AZ   |   RU
TAİB və YAP Nizami RT-dən Zəfər Günü ilə bağlı möhtəşəm tədbir - Qazilər mükafatlandırıldı - FOTOLAR
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə “Hilton” otelində Zəfər Gününün ildönümü münasibətilə “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” mövzusunda konfrans keçirilib.
 
Konfransın əsas fəlsəfəsi haqqında məlumat verən “Missiya.az” saytının baş redaktoru Nicat Dağlar tədbiri açıq elan edib.
 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 
Sonra YAP Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin sifarişi ilə “Missiya tv”nin hazırladığı “Zəfərə aparan yol” filmi nümayiş etdirilib.
 
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov ölkəmizdə şəhid ailələrinə və qazilərə olan dövlət qayğısından, rayon təşkilatının bu sahədə həyata keçirdiyi işlərdən danışıb.

 
Daha sonra Zəfər Gününün ildönümü ilə əlaqədar əsas panel müzakirələrə start verilib, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əldə etdiyi ilə parlaq qələbədən, onun Azərbaycan dövlətçiliyi tarixində rolundan danışılıb.
 
Milli Məclis sədrinin müavini Adil Əliyev, Türk Ağsaqqalları Birliyi Təşkilat Komitəsinin sədri, məşhur “91-lərin” tanınmış nümayəndəsi, akademik Südeyf İmamverdiyev, YAP İdarə Heyətinin üzvü, partiyanın Milli Məclis üzrə əlaqələndiricisi Hikmət Babaoğlu, qazilər adından kapitan Asim Quliyev çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, nadir hərbi-siyasi gedişləri, dəmir yumruğu, əyilməz iradəsi və cəsarəti, yüksək peşəkarlığa malik qəhrəman və qorxmaz Azərbaycan Ordusu, xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik müharibənin taleyini həll etdi. Müzəffər Ali Baş Komandanımız və şanlı Azərbaycan Ordusunun ön cəbhədə vuruşan hər bir nümayəndəsi bizim ən yeni tariximizin qəhrəmanlarıdır. Onlar nəinki Azərbaycanın, hətta dünyanın hərb tarixində yeni səhifə açdılar. Müstəqil Azərbaycan müasir tariximizin iki qüdrətli Liderinin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir.
 
Daha sonra aparılan müzakirələrdə çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mustafa Kamal Bəyazbayrak, Milli Məclisin deputatları Qənirə Paşayeva, Vüqar İsgəndərov, Ramil Həsən, Rasim Musabəyov, Ceyhun Məmmədov, Səbinə Xasayeva, Cavid Osmanov, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyasının rektoru, Əməkdar jurnalist Telli Pənahqızı, Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov və başqaları çıxış edərək qeyd ediblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizi yad edirik və onların ruhu qarşısında baş əyirik, onların xatirəsini təkcə bir gün yox, hər zaman anırıq və unutmuruq ki, haqqında qürurla danışdığımız Zəfər tariximiz şəhid qanı, qazi şücaəti ilə yazılıb.
 
Tədbirin sonunda Zəfər Gününü Azərbaycan xalqına yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlıq edilib, qazilər mükafatlandırılıb.
 
Sonda qazilərlə səmimi söhbət edən Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov, cənab Prezidentin çağırışlarına uyğun olaraq, bundan sonra da rəhbrəlik etdiyi qurumlar tərəfindən şəhid ailələrinə və qazilərə diqqət göstəriləcəyini, daim onların yanında olacaqlarını bildirib. 

 
 
 
  
 
 
 

 
 
 
 


 
 
 


  • 3-11-2021, 17:19