AZ   |   RU
Nizami rayonunun məktəblərində şəhidlərə xatirə kompleksləri yaradılacaq - Direktorlarla görüş - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Ramin Əhmədov Nizami rayonu 220 saylı və 62 saylı məktəb-liseylərin direktorları Lətifə Əzimova və Mətanət Cabbarlı ilə görüşüblər. 
 
Missiya.Az xəbər verir ki, görüşdə məktəblərin ərazisində həm birinci, həm də ikinci - 44 günlük Vətən müharibəsinin şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi üçün xatirə komplekslərinin yaradılması məsələsi müzakirə edilib. 
 
44 günlük Vətən müharibəsinin şəhidləri Samir Xəlilinin, Elsevər Əhədzadənin, Alı Həsənlinin valideynlərinin, ailə üzvlərinin də təklif və arzuları nəzərə alınmaqla görüləşəcək işlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, şəhidlərin xatirə guşələrinin hazırlanması ilə paralel olaraq, Nizami rayonu sakini olmuş, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun oxuduğu və onun adını daşıyan 229 saylı məktəbin həyətində qəhrəmanın büstü də hazırlanır. Büstün açılış mərasimi oktyabrın 4-də keçiriləcək.  



  • 29-09-2021, 17:17