AZ   |   RU
ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya gətməkdən niyə imtina edib? - Aydın Quliyev imitinanın pərdəarxasından danışdı

“ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi bölgədə postqarabağ sabitliyini silkələyən hadisədir. Bu fakt üç həmsədr ölkənin müharibədən sonrakı reallıqları tam qəbul etmədiklərinin ifadəsidir”.

Missiya.Az xəbər verir ki, bu sözləri “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev  mövzu ilə bağlı açıqlamasında qeyd edib. 
 
Baş redaktor bildirib ki, Fransa və ABŞ yeni reallıqlarla barışmadığını daha öncə açıq deyiblər. 
 
“Lakin bu dəfə Rusiya səfirinin onlarla bir sırada dayanmasının başqa anlamı var. Rusiya formal olaraq həmsədrlik institutunun fəaliyyətini davam etdirməsində guya maraqlı olduğunu göstərir, eyni zamanda ermənilərin keçmiş "DQMV" hüdudlarında bir ərazi vahidinin bərpasına olan ümidlərini tam məhv etmək istəmir. Axı Şuşa da bu hüdudlarda təsəvvür edilir".
 
Aydın Quliyev səfirlərin işğaldan azad olunmuş ərazilərə səfərdən imtina etmələrinin pərdəarxası barədə bunları yazıb: “Başqa daha bir ciddi motiv odur ki, üç ölkənin səfirləri bu hərəkətləri ilə iyunun 15-də imzalanmış Şuşa bəyannaməsini qəbul etmədiklərini nümayiş etdirirlər. ABŞ, Fransa və Rusiya səfirlərinin bu addımı təsadüfən üst-üstə düşən kimi qəbul edilə bilməz. Əksinə, onların bu addımlarını öncədən sıx kordinasiya etdiklərinə şübhə yoxdur. Şuşaya getməyən üç səfir əslində Şuşa bəyannaməsinə qarşı getdilər. Burada Türkiyə amilinin əsas qıcıqlandırıcı amil olmasına da heç şübhə edilməməlidir. Azərbaycanın daha sərt rəsmi reaksiyası üçün hər cür əsaslar var...”

Missiya.Az


  • 12-07-2021, 15:03