AZ   |   RU
Paşinyan rus qoşununu Azərbaycanla sərhəddə yerləşdirir - Moskva danışıqları başlayır

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 7-də Rusiyaya səfər edəcək. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Hraparak” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 

Xəbərdə bildirilir ki, Paşinyan səfər çərçivəsində Rusiya sərhədçilərinin Azərbaycanla sərhədə yerləşdirilməsi məsələsini müzakirə edəcək. 

Sitat: “Əldə etdiyimiz məlumata görə, baş nazir Nikol Paşinyan iyulun 7-də Moskvaya Ermənistan-Azərbaycan sərhədinə Rusiya sərhədçilərinin yerləşdirilməsini müzakirə etmək üçün səfər edəcək. Sərhədçilərin Geqarqunikin  Sotk bölgəsindən Xoznavar ərazisinə qədər yerləşdirilməsi planlaşdırılır” – sitatın sonu.  

Qeyd edək ki, Ermənistan dövlət sərhədinin demarkasiya prosesini siyasiləşdirməyə çalışsa da, cəhdləri nəticəsiz qalıb. Nikol Paşinyan Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi kömək tələbi də uğursuzluqla nəticəsləndi. İyulun 3-də KTMT Baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədində baş verənləri “sıradan bir sərhəd hadisəsi” adlandırıb və KTMT-nin müdaxiləsi üçün heç bir əsas olmadığını bildirib.

Sitat: “Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında işə düşür. Burada sərhəd insidentiylə qarşılaşmışıq. Allaha şükür ki, orada qurbanlar, atışma yoxdur. Bu sərhəd insidentidir, onu həll etmək lazımdır və biz sülh yoluyla həllinə tərəfdarıq” – sitatın sonu.

Proseslərdən belə nəticə çıxarmaq olar ki, Nikol Paşinyan müraciətləri cavabsız qaldığı üçün çıxış yolunu dövlət sərhədlərini başqa ölkənin sərhədçilərinin ixtiyarına verməkdə görür.

Elvin
Missiya.Az


  • 6-07-2021, 11:19