AZ   |   RU
Nizami rayonunda uşaq yaradıcılıq festivalı keçirilib


Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Missiya.Az
xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin əsas tərkib hissəsini təşkil edən istedadlı uşaqların üzə çıxarılması, onların istedadlarının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün xüsusi şəraitin yaradılması və həmin uşaqların həvəsləndirilməsi, onlara dövlət qayğısının daim artırılması istiqamətində respublikamızda böyük işlər həyata keçirilib, yeni Yaradıcılıq Mərkəzləri yaradılıb, mövcud olan tərbiyə müəssisələri əsaslı təmir olunub, həmçinin bununla bağlı bir sıra Dövlət Proqramları qəbul edilib, uşaqların arzu və istəklərinə uyğun dərnəklər açılıb.

Bu gün də respublikamızda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı və diqqəti sayəsində xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi istiqamətində vacib işlər görülür, yeni layihələr həyata keçirilir.

Xüsusi olaraq vurğulanıb ki,yaradıcılıq festivalının əsas məqsədi istedadlı uşaqların inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir. Festivalda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi təlim-tərbiyə müəssisələrinin və 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin müxtəlif nominasiyalar üzrə rəsm, toxuma və tətbiqi sənət işləri nümayiş olunub, həmçinin xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqlar musiqi, şeir, folklor və mahnı nümunələri ifa ediblər.

 Zərintac Mayisqızı
 Missiya.Az




  • 31-05-2023, 16:03