AZ   |   RU
Müharibədə öldürülən onlarla erməni əsgərin meyiti soyuducuda gizlədilirmiş - Sensassion FOTOLAR yayıldı

Ermənistanda Qarabağdakı 44 günlük müharibə zamanı itkin düşmüş hərbçilərin qohumları İrəvanın Heratsi küçəsini bağlayıblar. 
 
Missiya.Az
xəbər verir ki, hərbçilərin qohumları hakimiyyətin onlara aylardır yalan danışdığını deyiblər. 
 
Onların iddiasına görə, Qarabağdakı axtarışlar zamanı tapılan erməni hərbçilərin meyitlərinin sayı düzgün göstərilmir. Hərbçi ailələri daha çox meyitin tapıldığını amma ölənlərin sayını çox göstərməmək üçün cəsədlərin meyitxanalarda və müxtəlif yerlərdəki soyuducularda saxlanıldığını deyirlər. 
 
Sitat: “Biz Heratsi meyitxanasının qarşısındakı yolu bağlamışıq. 2 gün əvvəl hərbçilərin meyitlərinin saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb. Cəsədlərin gətirildiyi tarixdə və saylarında səhvlər var. Məsələn, 23 noyabrda Qarabağdakı meyitxanaya 21 meyitin daxil olduğu qeyd edilir. Amma sonradan məlum olub ki, həmin gün meyitxanaya 200 cəsəd gətirilib. Cəsədlər fərqli yerlərdən, müxtəlif soyuduculardan çıxarılır”  - sitatın sonu. 
 
İtkin düşmüş hərbçilərin valideynlərindən biri deyib ki, müharibənin ilk günlərində “Biz qalib gələcəyik” deyə qışqırırdılar amma sonradan xalqı aldatdıqları məlum oldu. Etirazçı həmin vaxt minlərlə öldürülmüş hərbçilərin “Birlik” şirkətinin soyuducusunda saxlanıldığını deyib. Aksiya iştirakçıları hakimiyyətdən onlara düzgün məlumat verilməsini və itkilərin tam sayının açıqlanmasını istəyirlər. İddia edilir ki, şəxsiyyəti müəyyənləşdirilmiş meyitlər Abovyan şəhərindəki vərəm disponserindəki soyuducularda saxlanılır. Həmin morqdan fotolar da yayılıb. 
 
Qeyd edək ki, Ermənistanın Səhiyyə Nazirliyi ölən əsgərlərin 5500 nəfərdən çox olduğunu açıqlayıb. Erməni hərbçilər hələ də şiddətli döyüşlərin baş verdiyi ərazilərdə meyitlərin axtarışlarını davam etdirir. 


Elvin
Missiya.Az


  • 31-05-2021, 17:13