AZ   |   RU
Rusiyanın müharibədəki itkiləri 200 minə çatıb
 
Müharibə başlayandan bəri Rusiyada ölən və yaralanan hərbçilərin sayı 200 minə çatıb.

Missiya.Az
xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Baxmut və Soledar uğrunda gedən döyüşlərdə rus ordusunun xüsusilə ağır itki verdiyi qeyd edilib.

Məlumata görə, cəmi 11 ayda bu itkilər Amerikanın 20 il ərzində Əfqanıstandakı itkilərindən 8 dəfə çoxdur.

Qəzetdə o da vurğulanıb ki, insan itkiləri Rusiya prezidenti Vladimir Putinin hərbi məqsədləri üçün əngəl törətmir.

Leyla SƏMƏNDƏR
Missiya.Az
 


  • 3-02-2023, 12:56