AZ   |   RU
Ukraynanın 200 km mənzilli raketlərə və 450 tanka ehtiyacı var


Ukraynanın 350-450 ədəd Qərb istehsalı olan tanka ehtiyacı var.

Missiya.Az
xəbər verir ki, bunu Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Mixail Podolyak İspaniyanın “20minutos” qəzetinə müsahibəsində deyib. O, qeyd edib ki, ölkəsinə 150-200 km uzağı vura bilən raketlər lazımdır.

“Rəsmi Kiyevin beynəlxalq müttəfiqləri münaqişənin indiki mərhələsində Ukraynanın nəyə ehtiyacı olduğunu dəqiq bilirlər. Bunlar ilk növbədə 150-200 km mənzilli raketlər və 350-450 arasında tankdır", - müşavir əlavə edib.

O, bildirib ki, hazırda nüvə riski yoxdur, Zaporojye AES işğal olunub, lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nəzarət altındadır.

Podolyak həmçinin vurğulayıb ki, Rusiya qoşunları, Krım da daxil olmaqla, bütün işğal olunmuş əraziləri tərk edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıdandan sonra rəsmi Kiyev münaqişəni bitmiş hesab edəcək.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 3-02-2023, 12:38