AZ   |   RU
Putin marta qədər Donetsk və Luqansk vilayətlərini ələ keçirməyi əmr edib

Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini ələ keçirməyi əmr edib.

Missiya.Az xarici kiv-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumatda, “İşğal edilmiş Luqansk vilayətində internet mobil xidməti bloklanıb. Çox güman ki, bu, ərazidə əlavə Rusiya qüvvələrinin yerləşdirilməsini gizlətmək üçündür. Ukrayna tərəfinin məlumatına görə, hazırda ölkədə 326 000 nəfərlik Rusiya şəxsi heyəti döyüşür”-deyə qeyd olunub.

Həmçinin bildirilib ki, “Ehtimal edilən növbəti səfərbərlik Rusiyadakı daxili narazılığı gücləndirə bilər”. 

Leyla SƏMƏNDƏR
Missiya.Az






  • 3-02-2023, 11:58