AZ   |   RU
“ABŞ-la ikitərəfli dialoq dalana dirənib” – Rusiya XİN rəsmisi

“Moskva ABŞ-ın Rusiya Federasiyasına strateji məğlubiyyət vermək xəttinə bütün mümkün vasitələrlə qarşı çıxacaq”.

Missiya.Az
“Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ ilə ikitərəfli bütün istiqamətlərdə dialoq faktiki olaraq dalana dirənib. Münasibətlərimizi Vaşinqtonun son illər ərzində sərtləşən anti-Rusiya xətti bu dalana gətirib çıxarıb. Bütün təhlükəsizlik vəziyyəti, o cümlədən silahlara nəzarət ABŞ xəttinin girovluğundadır. Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır. Biz əlimizdə olan bütün üsul və vasitələrdən istifadə edərək buna ən qəti şəkildə qarşı çıxacağıq ”, - deyə Ryabkov vurğulayıb.

Siyasətçi bildirib ki, Rusiya və ABŞ əsirlərin mübadiləsi ilə bağlı danışıqları davam etdirəcək.

Onun sözlərinə görə, Moskva “təəssüf ki, ABŞ-da azadlıqdan məhrumetmə yerlərində olan bütün Rusiya vətəndaşları haqqında dəqiq məlumata malik deyil”.

Diplomat qeyd edib ki, Rusiya Strateji Silahların Azaldılması Müqaviləsinə sadiq qalır:

“Bütün müəyyən edilmiş kəmiyyət və keyfiyyət məhdudiyyətlərinə riayət edir, o, cümlədən məlumat mübadiləsini davam etdirir. Məhz ABŞ Moskvanı cəbhədən mühasirəyə alaraq, bu müqaviləni pozur”, - deyə Ryabkov əlavə edib. 
 

Daşqın Həsənov
Missiya.Az


  • 30-01-2023, 11:25