AZ   |   RU
"İran 44 ilə yaxındır əxlaqsız molla rejimi tərəfindən idarə olunur" - Ədalət Verdiyev


"İran 44 ilə yaxındır ki, bütün dünya üçün təhlükələr yaradan əxlaqsız molla rejimi tərəfindən idarə olunur".

Missiya.Az
xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev öz "Facebook" hesabında paylaşım edib.

O, bildirib ki, daim islam adına ləkə gətirən, işğalçı rejimləri dəstəkləyən, onlara silah - sursat ötürən, qonşular arasına nifaq salan, onların haqqını və hüququnu tanımayan, bütün ölkələrin daxili işlərinə qarışan və terroru dəstəkləyən ləyaqətsiz molla rejimi bu gündən başlayaraq layiq olduğu "İlahi Ədaləti" ilə yaxından tanış olmağa başlayıb.

"Əvvəlcə zəlzələ, ardınca isə vəlvələ İranı silkələyir. Rusiyaya və Ermənistan kimi ölkələrə silah ötürən, bir çox ölkələrin, o cümlədən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hadisələri törədən, şəhid etdiyi səfirlik əməkdaşının nəşini ailəsinə vermək istəməyən bir rejimi başqa aqibət gözləyə də bilməzdi. Tezi, ya geci vardı...", - deyə ekspert əlavə edib. 

Ədalət Verdiyev qeyd edib ki, nəhayət ABŞ, Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya,  və İsrail kimi güclü ordulara malik ölkələrə protez diş qıcayan İran ayətullahının dişi  cəmi bir neçə saat ərzində qırılaraq, başına çırpılıb. Molla rejiminin dünya ictimaiyyətinə qarşı əxlaqsız fəaliyyətlərinə cavab reaksiyası olaraq naməlum ölkə tərəfindən həyata keçirilən əks hücumlar daha çox İranın öz vətəndaşları tərəfindən dəstəklənir. Bu isə gələcək əməliyyatlarının və ümumilikdə bu rejimin taleyini indidən həll edir.  

"Yayılan video materiallardan görünür ki, İranın hərbi obyektlərinə hücumlar əsasən kamikadze tipli pilotsuz vasitələr ilə həyata keçirilib. Naməlum PUA-lar anidən və paralel olaraq İranın müxtəlif şəhərlərində bir neçə hərbi obyektə və neft emalı zavoduna uğurlu hücum edib. İranın HHM sistemi paralel hücumların nəinki qarşısını ala bilməyib, hətta adekvat reaksiya verə bilməyib.  
Tehran, İsfahan, Xoy, Rəşt, Səlim, Həmədan, Mazandaran, Cavanrud və digər şəhərlərdə partlayışlar və irimiqyaslı yanğınlar qeydə alınır. Cecə saatlarında bu şəhərlərdə əhəmiyyətli dərəcədə dağıntılar və  böyük yanğınlar barədə videolar yayılırdı. Hazırda İranda internet olmadığı üçün yeni materiallar müşahidə olunmur. İstənilən halda bu İrana xəbərdarlıq zərbəsi olsa belə, davamı mütləq gözlənilir. Suriyadakı İran qoşunlarının da zərbələrə məruz qaldığı istisna edilmir. İran ərazisinə zərbələrin 3-4 gün davam etməsi isə molla ordusunun "ici boş çürük çəllək" olduğunu bir daha dünyaya nümayiş etdirəcək. 

Molla rejimini özünün yaratdığı dar ağacında görmək arzusu ilə... ", - hərbi ekspert vurğulayıb. 

Zərintac Mayisqızı 
Missiya.Az 


  • 29-01-2023, 10:02