AZ   |   RU
Ukrayna Belarusla sərhədə minlərlə hərbçi topladı

Belarus sərhədi yaxınlığında 17200 ukraynalı hərbçi yerləşdirilib.

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin özünün “teleqram” kanalında məlumat yayıb.

Bildirilir ki, bundan əlavə Belarus-Polşa sərhədi yaxınlığında da 3700 polşalı hərbçi yerləşdirilib.

Qeyd olunub ki, Ukrayna ilə sərhəddə 141 km uzunluğunda mühəndis maneələri quraşdırılıb.


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 52
  • 24-01-2023, 17:13