AZ   |   RU
Nepalda təyyarə qəzası nəticəsində 68 nəfər ölüb - 16 yanvar günü matəm elan edildi


Nepalın Poxara şəhəri yaxınlığında “Yeti Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 68 nəfər həlak olub.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, Nepalda Katmandu-Poxara reysi ilə uçan “ATR 72” tipli təyyarə qəzaya uğrayan zaman göyərtədə 72 nəfər olub. Onlardan 68-i sərnişin, 4-ü isə ekipaj üzvüdür. Sərnişinlərdən 15-i Rusiya, Avstraliya, Fransa, Argentina, Hindistan, Cənubi Koreya və İrlandiya vətəndaşı olub. Yerli hakimiyyət orqanları 29 cəsədin tapıldığını açıqlayıb.

Qəza layner havaya qalxarkən baş verib. Pilot yaşayış məntəqəsinə düşməmək üçün layneri dərəyə istiqamətləndirib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Nepal hökuməti təyyarənin qəzaya uğraması ilə əlaqədar 16 yanvar gününü matəm elan edib.

Nəriman Sultanoğlu
Missiya.Az



  • 15-01-2023, 17:50