AZ   |   RU
"Vaqner qrup"u Ukraynadakı Rusiya qüvvələrinin dörddə birini təşkil edir - Qərb kəşfiyyatı

"Vaqner qrupu"nun döyüşçüləri hazırda Ukraynadakı Rusiya qoşunlarının ümumi sayının təxminən dörddə birini təşkil edir. 

Missiya.Az
"The Guardian"a istinadən xəbər verir ki, bu barədə Qərb kəşfiyyat xidmətləri məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasında “Vaqner qrupu”nun rolu durmadan artır.

Eyni zamanda, analitiklər Baxmut istiqamətində yavaş templə irəliləyən “Vaqner"lərin inanılmaz dərədə zəif olduğunu qeyd ediblər.

“Bəzən bir evi götürmək iki həftə çəkir”, - deyə kəşfiyyat məlumatında vurğulanıb.


Daşqın Həsənov
Missiya.Az


  • 11-01-2023, 20:14