AZ   |   RU
Rusiyadan heç kimin yeni təyyarələr sifariş verməməsi Putini qəzəbləndirib

Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı aviasiya sənayesi nümayəndələrini işlərindəki uğursuzluqlara görə tənqid edib.

Missiya.Az
"UNİAN" istinadən xəbər verir ki, Putin heç kimin Rusiyadan yeni təyyarələrin istehsalına sifariş vermək istəməməsindən qəzəblənib.

"Direktorlar mənə dedi ki, Müəssisələrdə heç bir müqavilə yoxdur! Bəs yaxşı nə vaxt müqavilələr olacaq? Hər şeyi bir ay ərzində etmək lazımdır. Sizdən bu işi bir ay ərzində tamamlamanızı xahiş edirəm. Əlinizdən gələni etməyə çalışmayın, bir ay ərzində hər şeyi edin”,- deyə Kreml rəhbəri vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 11-01-2023, 19:52