AZ   |   RU
Putin Ukraynada atəşkəş elan etdi

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Milad bayramında atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Missiya.Az
"UNİAN"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si səhər saat 00:00-a kimi bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

“Müqəddəs Patriarx Kirillin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının Müdafiə nazirinə 6 yanvar saat 12:00-dan 7 yanvar saat 00:00-dək Ukraynada tərəflər arasında bütün təmas xətti boyunca atəşkəs rejimini tətbiq etməyi tapşırıram", - deyə Putin vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 5-01-2023, 20:22