AZ   |   RU
Rusiya 4-5 ay ərzində 70 min hərbçisini itirəcək - Ukrayna kəşfiyyatı

"Yaxın 4-5 ay ərzində Rusiya şimaldan və ya şərqdən hücuma keçə bilər. Rusiya buna görə hətta 70 minə qədər hərbçisini də itirməyə hazırdır".

Missiya.Az
"UNİAN"a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.

Çernyak bildirib ki, ruslar uduzduqlarını başa düşürlər, lakin onlar müharibəni bitirməyi planlaşdırmırlar və hücum əməliyyatlarını davam etdirməyə çalışacaqlar.

"Yaxın 4-5 ay ərzində Rusiya ordusu daha 70 min hərbçisini itirə bilər. İşğalçı ölkənin rəhbərliyi isə bu cür itkilərə hazırdır", - deyə kəşfiyyatçı vurğulayıb.

Çernyak qeyd edib ki, ruslar müvəqqəti işğal olunmuş Krıma gedən quru dəhlizini saxlamağa və bütün Donetsk vilayətini tutmağa çalışacaqlar.


Daşqın Həsənov
Missiya.Az


  • 2-01-2023, 20:08