AZ   |   RU
Ərdoğandan braziliyalı futbolçu Peleyə başsağlığı mesajı
 
Türkiyə prezidenti Ərdoğan sosial şəbəkədə braziliyalı futbolçu Pelenin vəfatı ilə bağlı başsağlığı mesajı paylaşıb.

Missiya.Az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Prezident Rəcəb Tayyib Ərdoğan Twitter hesabından paylaşım edərək, "Dünya futbolunun ən böyük adlarından biri olan Pelenin vəfatından dərin kədərləndim. Onun əfsanəsi olduğu Braziliya xalqının bu böyük ağrısını ürəkdən paylaşır və dilə gətiririk, ailəsinə, azarkeşlərinə və bütün idmançılara başsağlığı veririk”-,  sözlərini qeyd edib. 

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 30-12-2022, 17:07