AZ   |   RU
Putin yeni səfərbərlik elan etməyə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin Ukraynada davam edən müharibə üçün yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır. Lakin bu, işğalçı qoşunları xilas etməyəcək.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin  yaydıqları hesabatda məlumat verilib.

“Nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmi müharibə elan etmək “dünyanın ikinci ordusu”na kömək etməyəcək”, - deyə bildirilir.

Kreml səfərbərliyin yeni dalğasına hazırlığı inkar edib. Kremlin sözçüsü Dmitri Peskov bunu “təxribat” adlandırıb və onlara məhəl qoymamağa çağırıb. 

Analitiklər vurğulayırlar ki, bu bəyanat, həm Rusiya müxalifətinin, həm də səfərbərlik planlarından xəbər tutan mənbələrin təsirini gözdən salmaq məqsədi daşıyır.

“Bu informasiya şəraiti rusları əlavə səfərbərliyə ehtiyac olduğuna inandırmaq üçün kifayət deyil. Kreml inkar edilən səfərbərliyi elan etməklə öz etimadını sarsıdacaq”, - deyə məlumatda qeyd olunub.
 

Daşqın Həsənov
Missiya.Az


  • 7-12-2022, 10:54