AZ   |   RU
“Ukraynanı məğlub etmək və parçalamaq qeyri-mümkündür” - Zelenski

“Ukraynaya qalib gəlmək və onu sındırmaq mümkün deyil”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələri Günü münasibətilə müraciəti zamanı deyib.

“Bu gün bizim minnətdarlıq günümüzdür. Dekabrın 6-nın mənası məhz budur və bu, əbədidir. Ordumuzun əsgərlərinə və Ukrayna Müdafiə Qüvvələrinin bütün birləşmələrinə təşəkkür edirəm. Müdafiəni gücləndirən və Ukrayna əsgərlərini lazım olan hər şeylə təmin edən hər kəsə təşəkkür edirəm. Bir dövlətdə Silahlı Qüvvələr günü öz mənasında minnət bayramı olanda, əminəm ki, belə bir ölkəyə qalib gəlmək olmaz, sındırmaq da mümkün deyil. Bu gün biz bütün bunları əminliklə görürük”, - deyə Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, bütün günü hərbçilərlə keçirmək onun üçün şərəfdir.

“Səhər Donetsk vilayətində oldum. Ən təhlükəli və məsuliyyətli bölgələrdə dövlətimizi qoruyan döyüşçülərə təşəkkür etdim. Bu gün Xarkov vilayətində oldum. Sarsılmaz döyüşçülərimizi xilas edən həkimlərə təşəkkür etdim. Xarkov vilayətində bölgənin azad edilməsində iştirak edən və işğalçıları Ukraynadan çıxarmaqda davam edən döyüşçülərə mükafatlar təqdim etdim”, - deyə Zelenski qeyd edib.
 

  • 7-12-2022, 10:14