AZ   |   RU
“Türkiyə dünya diplomatiyasının ən etibarlı oyunçularından biridir” - Çavuşoğlu

“Türkiyə hazırda beynəlxalq diplomatiyanın ən etibarlı oyunçularından biridir”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada Hacı Bayram Vəli Universitetində təşkil edilən “Türkiyə Girişimcilik və Humanitar Xarici Siyasət” konfransında çıxış edərkən xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu gün Türkiyə dünya diplomatiyasının ən etibarlı oyunçularından biridir. Çünki biz dediyimizi edirik və etdiyimizi deyirik”, - deyə Çavuşoğlu bildirib.

Diplomat xatırladıb ki, Türkiyənin vasitəçiliyi ilə bağlanmış İstanbul Taxıl Sazişi sayəsində qlobal ərzaq böhranının qarşısını almaq mümkün olub.

Nazir çıxışında Rusiya-Ukrayna müharibəsinin nəticələri və Moskvaya qarşı sanksiyalara görə Şimal dəhlizinin əhəmiyyətini itirdiyini, bütün dünyanın diqqətinin Orta Dəhlizdə yönəldiyini də qeyd edib. 

“Ermənistan da özünə gələcək və bu ölkədən keçəcək layihələrdən yararlanacaq”, - deyə Çavuşoğlu vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 6-12-2022, 10:19