AZ   |   RU
“Putin Ukraynada törədilən hərbi cinayətlərə görə cavab verməlidir” - Makron

“Rusiya prezidenti Vladimir Putin Ukraynada törədilən hərbi cinayətlərə görə cavab verməlidir”.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Makron bildirib  ki, Rusiyanın Ukraynanın mülki infrastrukturuna raket zərbələri hərbi cinayətdir.

“Beynəlxalq ictimaiyyət Putinə qarşı hüquqi təşəbbüslərə başlayacaq və mülki infrastruktura son hücumlar fonunda onu hərbi cinayətlərdə ittiham edəcək”, - deyə Fransa lideri bildirib.

"İndi etməli olduğumuz şey, ilk növbədə, bu hərbi cinayətlərə dair bütün sübutları toplamaqdır. Biz bütün hüquqi təşəbbüslərə başlamalıyıq”, - deyə Makron qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 86
  • 5-12-2022, 12:19