AZ   |   RU
“Qərb ölkələri Rusiyanı məhv etmək niyyətində deyil” - Makron

“Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoqun davam etdirilməsini zəruri hesab edirəm”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

“Mən həmişə Putinlə müntəzəm müzakirələr və birbaşa dialoq aparmışam. Çünki hesab edirəm ki, qarşılıqlı əlaqəni bərpa etməyin ən yaxşı yolu birbaşa əlaqə saxlamaqdır”, - deyə Makron bildirib.

“Ukrayna məsələsi ilə bağlı Həll yolu tapmaq üçün yeganə yol danışıqlardır. Mən hərbi variant görmürəm. Mən Rusiya və Ukrayna nümayəndələri ilə heç bir qeyri-rəsmi danışıqlar aparmamışam", - deyə Fransa lideri vurğulayıb.

Makron Fransa və Qərb ölkələrinin “Rusiyanı məhv etmək” niyyətində olmadığını qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


  • 5-12-2022, 10:28