AZ   |   RU
"Heç kim ölkəmizi öz maraqlarına zidd mövqelərə məcbur edə bilməyəcək" - Ərdoğan

“Heç kim boş hədələrlə ölkəmizi öz maraqlarına zidd mövqelərə məcbur edə bilməyəcək”.

Missiya.Az
"Anadolu" agentliyinə istinasən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Vətənimizin və xalqımızın təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almırıq. Qeydiyyatdan keçmiş terror təşkilatına ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözmək məcburiyyətində deyilik. Heç kim ölkəmizi boş təhdidlərlə siyasi, diplomatik, iqtisadi və hərbi sahədə öz maraqlarına zidd mövqelərə məcbur edə bilməyəcək", - deyə Türkiyə lideri vurğulayıb.
 
Ərdəğan qeyd edib ki, Türkiyənin təhlükəsizlik və sülh dairəsini genişləndirməyə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir.

Daşqın Həsənov
Missiya.Az 


Baxış sayı: 80
  • 28-11-2022, 21:53