AZ   |   RU
Niderlandlılar hökumətin köləlik tarixinə görə üzr istəməsinə qarşıdır
 
Niderlandlıların təxminən yarısı ölkənin köləlik tarixinə görə rəsmi üzr istəməsinə qarşı çıxıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İctimai yayımçı NOS tərəfindən sorğu aparılıb.

Sorğuda Niderlandlıların təxminən yarısının hökumətin üzr istəməsini dəstəkləməməsi diqqət çəkib.

Qeyd edək ki, Niderland hökuməti dekabrın 19-u bazar ertəsi günü dünyanın 8 ayrı yerində ölkənin köləlik tarixinə görə rəsmi olaraq üzr istəyəcək. 

Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 90
  • 28-11-2022, 17:25