AZ   |   RU
Britaniya mətbuatı Türk silah sənayesinin inkişafından yazdı

Böyük Britaniya mətbuatı Türkiyənin yerli və milli PUA sistemlərinin mühüm uğurlarından bəhs edən məqalə yazıb.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Bildirilir ki,Türkiyənin Bayraktar TB-2 pilotsuz uçuş aparatları bir çox ölkələrin sifariş siyahısındadır.

“Türkiyənin istehsal etdiyi silah sistemləri son zamanlar bir çox münaqişə bölgələrində göstərdiyi müvəffəqiyyətlə adından söz etdirib. Türkiyənin son bir neçə ildə silahlı pilotsuz uçuş aparatları, hücum helikopterləri və turbovintli təyyarələr də daxil olmaqla yerli istehsal hərbi texnikası almaqda maraqlı olan bir çox Afrika ölkəsinə rekord sayda silah satıb”, - deyə nəşr vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 17-11-2022, 18:48