AZ   |   RU
BMT Rusiya taxılı və gübrəsinə dair açıqlama yayıb

“Dünyanın Rusiya taxılına və gübrələrinə ehtiyacı var, ona görə də bütün ölkələr ərzaq sazişini həyata keçirmək üçün birlikdə çalışmalıdırlar”. 

Missiya.Az
xəbər verir ki, bu sözləri noyabrın 11-də BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli deyib.
“Bu müqavilə tamamilə zəruridir. Bu məsələdə bütün ölkələr əməkdaşlıq etməli və rol oynamalıdır. Rusiyanı sevib-sevməməyinin fərqi yoxdur, dünyanın rus taxılına və gübrələrinə ehtiyacı var”, - deyə icraçı direktor  RİA Novosti-yə bildirib.

O, həmçinin, təşkilatın bu müqavilənin uzadılmasını təmin etmək üçün bütün tədbirləri görəcəyini qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov da BMT-dən taxıl sazişi ilə bağlı qarşılıqlı anlaşma olduğundan danışıb. Lakin vaxtın uzadılmasına dair mümkün qərarları açıqlamayıb.

Noyabrın 7-də Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski “İzvestiya” qəzetinə verdiyi müsahibədə söyləyib: “BMT Rusiyaya vəd edib ki, taxıl sazişinə uyğun olaraq tezliklə Rusiya ərzaq məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına nail ola biləcək”.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 11-11-2022, 18:05