AZ   |   RU
İsrailin baş naziri BMT-nin tədbirində iştirak etməyəcək

İsrailin baş naziri Yair Lapid Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 6-18 noyabr tarixlərində Misirdə keçiriləcək 27-ci Tərəflər Konfransında iştirakla bağlı qərarını ləğv edib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “KAN news” kanalı məlumat yayıb.

Bildirilir ki, Lapid ötən gün keçirilən parlament seçkilərindən sonra BMT-nin iqlim sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə səfərini ləğv edib.

“Sammitdə iştirak edəcək İsrail nümayəndə heyətinə prezident İsaak Hersoq başçılıq edəcək”, - deyə məlumatda vurğulanıb.


Daşqın Həsənov
Missiya.Az


  • 2-11-2022, 18:41