AZ   |   RU
“Moskva üçün Ankara və Bakı İrəvandan daha vacib tərəfdaşdır” – Erməni politoloq

“Rusiya regionda siyasətini Azərbaycan və Türkiyə ilə münasibətləri əsasında qurur. Başqa sözlə desək, Moskva üçün Ankara və Bakı İrəvandan daha vacib tərəfdaşdır”.

Missiya.Az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri politoloq Suren Surenyants deyib.

O bildirib ki, mövcud reallıqlar daxilində Rusiyanın siyasəti ermənipərəst ola bilməz.

“Bu, real siyasətdir, onunla hesablaşmamaq bizi yeni fəlakətə aparacaq. Təbii ki, Ermənistanın emosiyaya təslim olması və xarici siyasətdə vektorial dəyişiklik etməsi daha fəlakətli olacaq. Xüsusilə ona görə ki, Türkiyə ABŞ üçün strateji tərəfdaşdır, Azərbaycan isə Avorpa İttifaqı üçün etibarlı tərəfdaşdır”, - deyə Surenyants vurğulayıb.

“Qərb paytaxtlarında həyati təhlükəsizlik və maddi maraqlar ön plana çıxanda, yumşaq desək, humanitar dəyərlərə və hüquqa əhəmiyyət vermirlər. Ermənistan bunu anlamasa, milli fəlakət davam edəcək. Amma biz rusları “küsdürdükdən” sonra avropalıları da “küsdürsək” fəlakət daha böyük miqyasda olacaq. Rusların, amerikalıların, avropalıların öz maraqları var ki, bu da Bakının gündəliyi ilə daha çox üst-üstə düşür”, – deyə erməni politoloq qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


  • 5-10-2022, 17:14