AZ   |   RU
Türkiyənin NATO-dakı əsas rolu müzakirə olundu

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın İstanbulda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan ilə görüşüb. 

Missiya.Az
xəbər verir ki, bu barədə “haber7com” saytı məlumat yayıb.

Bildirilir ki, Kalın və Sallivan arasında keçirilən görüşdə Türkiyə-ABŞ ikitərəfli siyasi və iqtisadi əlaqələri, müdafiə sənayesində əməkdaşlıq, Ukrayna müharibəsi, İsveç-Finlandiyanın NATO-ya üzvlüyü, Egey dənizi və Regional məsələlər , o cümlədən Aralıq dənizi və Cənubi Qafqazdakı hadisələr müzakirə edilib.

Görüşdə Türkiyənin NATO-dakı əsas rolu, müttəfiqlərin ümumi təhlükəsizlik risklərinə və bütün terror təhdidlərinə qarşı harmoniya və həmrəylik içində hərəkət etmələrinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, F-16 qırıcı təyyarələri ilə bağlı prosesin başa çatdırılması iki ölkənin strateji maraqlarına xidmət edəcək.

Görüşdə həmçinin Türkiyənin Egey və Aralıq dənizi məsələlərində hüquq və mənafelərini qorumaqdan çəkinməyəcəyi, Yunanıstanın beynəlxalq hüquqa qarşı təcavüzkar hərəkətlərinin qəbuledilməz olduğu, Qlobal təhlükəsizlik və sabitliyi təhdid edən Ukrayna müharibəsinin beynəlxalq hüquq normaları əsasında başa çatdırılması üçün diplomatik səylərin göstərilməsinin vacibliyi də qeyd olunub.


Daşqın Həsənov
Missiya.Az
 
 


  • 3-10-2022, 11:17