AZ   |   RU
Bu gün Türkiyədə Təhlükəsizlik Şurasının Növbəti iclası keçiriləcək

Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Missiya.Az
“haber7com” istinadən xəbər verir ki, iclas “Beştəpə”də baş tutacaq.

Bildirilir ki, iclasda Yunanıstanın Egey dənizindəki təxribatçı addımları, Suriyanın şimalındakı terror təhlükəsi və Rusiya ilə Ukrayna arasında davam edən müharibə prioritet gündəm mövzuları olacaq.

“Başda beynəlxalq hüquqa zidd olaraq Egeydəki adaların silahlandırılması və Yunanıstandakı Amerika bazalarının artırılması başda olmaqla son hadisələr qiymətləndiriləcək”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Milli Təhlükəsizlik Şurasının iclasında alınan qərarlar yığıncaqdan sonra yazılı açıqlama ilə ictimaiyyətlə paylaşılacaq.


Daşqın Həsənov
Missiya.Az
 
 


  • 28-09-2022, 16:04