AZ   |   RU
Anım günü Daşkəsən rayonunda da silsilə tədbirlərlə qeyd olundu - FOTOLAR

Daşkəsəndə Anım Günündə rayonun 4000-dən çox sakini Şəhidlər Xiyabanını ziyarət edib. 

Missiya.az-ın yerli bürosunun məlumatına görə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. Sonra icra başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarını ziyarət ediblər.

Anım Günündə Əhəd Abıyev şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilərlə birgə Şəhidlər Xiyabanının ərazisində ağacəkmə aksiyası keçirib, eyni zamanda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qazilərin qayğıları ilə maraqlanıb.
Daha sonra rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta məktəbin hazırladıqları Anım Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.  

Anım günündə icra başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə  birgə Vətən müharibəsi şəhidi Pərviz Lətif oğlu Ələsgərovun 38-ci doğum günü ilə bağlı Mədənçilər qəsəbəsində şəhidin valideynlərinin yaşadığı evdə olub. İcra başçısı Şəhidin valideynləri və ailəsi ilə söhbət edib, Pərviz Ələsgərovun döyüş yolundan söhbət açıb, habelə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan danışıb. Şəhidin atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova və həyat yoldaşı Mətanət Ələsgərova  ailələrinə hər zaman göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Məqsəd Rəhimov
Missiya.az-ın qərb bürosu


  • 27-09-2022, 20:01