AZ   |   RU
İranlı generaldan Azərbaycana mesaj - Tehran regionda heç bir sərhəd dəyişikliyinə səssiz qalmayacaq

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyan edib ki, “İran regionda heç bir sərhəd dəyişikliyinə səssiz qalmayacaq”.

Missiya.Az
“İRNA” agentliyinə istinadən xəbər verir ki, bu sözləri paytaxt Tehranda İraqla 8 illik müharibənin bitməsinin 42-ci ildönümünə həsr olunmuş parad zamanı İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib.

Baqiri bildirib ki, İran Azərbaycanla Ermənistan arasındakı problemləri sülh və dialoq yolu ilə həll etməyin tərəfdarıdır.

“Biz münaqişələr və müharibələr axtarmırıq, lakin onlarla qarşılaşmalı olduğumuz zaman da susmuruq” – deyə Baqiri vurğulayıb.

Qeyd edək ki, İranın dövlət rəsmilərinin son zamanlar bölgədəki sərhəd dəyişikliyinə Tehranın səssiz qalmayacağı ilə bağlı çağırışları geniş vüsət almağa başlayıb.

Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 68
  • 22-09-2022, 14:49