AZ   |   RU
Ərdoğan Türkiyə və Serbiyanın ticarət hədəflərini açıqlayıb

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Serbiya arasında ikitərəfli ticarət həcminin hədəfinin 5 milyard dollar olduğunu açıqlayıb.

 Missiya.Az haberglobal.com-a istinadən xəbər verir ki, o, bunu  Prezident sarayında keçirilən Biznes Forumda çıxışında bildirib. “İqtisadi və ticarət əlaqələri də bu regionda sabitlik və sülh mühitinə öz töhfəsini verir. DEİK və DEİK Serbiya Biznes Şurasını təbrik edirəm. Ticarət həcmimiz keçən il rekord qıraraq 2 milyard dollara yaxınlaşdı. Biz bu il 2,5 milyard dollar irəliləyirik. İnşallah, bu rəqəmi iki dəfə artırmaqla 5 milyard dollarlıq ümumi hədəfə çatacağıq”-deyə Türkiyə prezdenti vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Serbiyada iş yeri yaradan türk şirkətlərinin investisiyaları da artır: “Son 10 ildə investisiyalarımız 1 milyon dollardan 400 milyon dollara yüksəlib. Şirkətlərimizin sayı 1300-ü keçib. Serbiya Xalq Bankı 37 filialı ilə öz sektorunun ən önəmli oyunçularından birinə çevrilib. Dəstəyi heç vaxt əsirgəməyən əziz dostum Vuçiçə bir daha təşəkkür edirəm”. Türkiyə lideri onu da bildirib ki, qarşılıqlı şəkildə iki ölkə arasında  turistlərin sayı böyük sürətlə artır. Türkiyədə bu il sayın 300 mini keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, bundan sonra şəxsiyyət vəsiqəsi ilə Serbiyadan Türkiyəyə, Türkiyədən Serbiyaya rahat şəkildə getmək mümkün olacaq.

Zərintac Mayisqızı
Missiya.Az


  • 7-09-2022, 17:55