AZ   |   RU
İranda hicabla bağlı irad bildirən molla qadın tərəfindən döyüldü

Zəncan əyalətinin Hidəc şəhərində din xadimi "hicabla bağlı irad bildirdikdən" sonra qadın tərəfindən döyülüb.
 

Missiya.az “Mouc-e Rəsa” saytına istinadən xəbər verir ki,  Fəttahi soyadlı din xadimi şənbə günü yolda gedərkən üç “hicabsız” xanımla qarşılaşıb və onlardan hicaba riayət etmələrini tələb edib.  
Qadınların buna cavab olaraq onu təhqir etdiklərini iddia edən molla deyib: “Xanımlardan biri məni yumruqla və təpiklə vurub”.

Xatırladaq ki, iranlı qadın və qızların “əxlaq məmurları” adlandırılan şəxslər qarşısında müqaviməti barədə ötən həftələrdə dəfələrlə xəbərlər yayılıb.

 Missiya.Az

  • 5-09-2022, 14:45