AZ   |   RU
Ukraynada məktəblilərə atıcı silahlardan təlimlərin keçirilməsi qalmaqal yaratdı - ETİRAZ

Ukrayna Lvov şəhərinin orta məktəblərində şagirdlərə özünümüdafiə məqsədilə silahlardan istifadə qaydaları öyrədilir.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, sosial mediada paylaşılan həmin görüntülər bir çox insanın sərt reaksiyasına səbəb olub.
İzləyicilər uşaqlara silahdan istifadənin öyrədilməsinin qeyri-etik olduğunu yazıblar.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya müharibə elan edib. 5 aydan çoxdur ki, davam edən bu müharibədə milyonlarla ukraynalı qaçqın düşüb və minlərlə ölkə vətəndaşı isə həlak olub.

Zərintac Mayisqızı
Missiya.Az


  • 2-08-2022, 17:40