AZ   |   RU
Əxlaqsızlığın küçə nümayişi - Təxribat baş tutmadı
Günlərdir geniş şəkildə reklam edilən aksiya demək olar ki, baş tutmadı. Şəhərin mərkəzində keçirilən icazəsiz aksiyada çox az sayda adam iştirak edib. 

İştirakçıların da əksəriyyəti isə özlərini jurnalist kimi göstərən, beynəlxalq təşkilatların hesabatlarında "əzilmiş jurnalist" kimi görünməyə çalışan, polislə yanaşı şəkillərə düşmək üçün canla-başla çalışan qızlar idi. 

Mitinqdə az sayda adamın iştirak etməsi təəccüblü deyil. Çünki Azərbaycanda xaricdən idarə olunan siyasi qruplar xalq tərəfindən dəstəklənmir. Bu səbəbdən onların aksiyalarına ictimai maraq yoxdur. Əgər olsaydı, bu gün Fəvvarələr Meydanında təşkil olunan mitinqdə 20-30 nəfər iştirak etməzdi.

Mitinqdə iştirakçıların sayından daha çox diqqətçəkici məqam, aksiyanın əvvəlcədən elan olunan konrekstdə keçirilməməsidir. 

Aksiyanı təşkil edənlər əvvəlcədən belə bir açıqlama yaymışdılar: 

"Biz, İctimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirik”.

Amma aksiya zamanı tam fərqli mənzərə göz önündə idi. Mitinq zamanı LGBT bayrağının və  "Petuxlar mafiya sisteminə qarşı" şüarının qaldırılması məqsədin başqa olduğunu, sifarişin isə xaricdən gəldiyini gün üzünə çıxarır. 

Məqsədlərdən biri Azərbaycanı dəyərləri olmayan "mafiya dövləti" kimi qələmə verməkdir. 

Aksiyadan əvvəl güclü təbliğatın aparılması da göstərir ki, mitinqdə xarici dairələrin xüsusi marağı var. Məsələn, mitinqin ən geniş təbliğatçıları ABŞ-ın nəzarətində olan "VoA" və "Azadlıq" radioları idi. Rusiyanın "Sputnik" agentliyi Qazaxstan hadisələri zamanı  necə işlədisə, necə milli maraqlar əleyhinə təbliğat aparırdısa, "VoA" və "Azadlıq" radioları da o mövqeyi nümayiş etdirdilər. 

Bundan başqa, mitinq zamanı aydın oldu ki, məqsəd hər hansı zorakılığın qarşısın, cinayətin qarşısını almaq deyil,  cinsi azlıqları təbliğ etmək, onların ölkəmizdəki fəaliyyətinin genişlənməsi üçün əlavə hüquqlar tələb etməkdir. "Zorakılığa qarşıyıq" tipli şüarlar isə sadəcə küçəyə çıxmaq, diqqəti çəkmək üçün bəhanədir. 

Bu gün keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə əvvəlcədən razılaşdırılmamışdı. Amma buna baxmayaraq, polis aksiya iştirakçılarına qarşı təmkinli, qanun çərçivəsində davrandı və zorakılığa yol vermədi. 

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev da qanunsuz aksiya ilə bağlı açıqlama verib. 

Açıqlamada deyilir: "Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb."

Görünən odur ki, aksiyanı təşkil edənlər nə etirazçı sayı, nə də polislə qarşıdurmaya gedib təxribat törətmək baxımından istəklərinə çata bilmədilər.

Missiya.Az

  • 14-05-2022, 17:43