AZ   |   RU
Nizami rayonunda nəhəng xatirə abidəsinin tikintisi başlayır - FOTOLAR

Missiya Media Qrupunun əsas dəstəyi ilə ərsəyə gətiriləcək layihə xüsusi fəlsəfi ideaya əsaslanır

Bakının Nizami rayonunda şəhidlərin xatirəsini əbədiləşdirmək istiqamətində işlər davam etdirilir. Bu günə qədər rayon ərazisində Missiya Media Qrupunun da əsas dəstəyi ilə şəhidlərin yaşadığı  binaların və təhsil aldıqları məktəblərin həyətində xatirə guşələri yaradılıb və bu proses hazırda da davam etdirilir.

Nizami rayonunda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə bu günlərdə daha böyük layihənin icrasına start veriləcək. Belə ki, Missiya Media Qrupu, Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon Təşkilatının birgə dəstəyi ilə Qara Qarayev prospektində nəhəng xatirə abidəsi ucaldılacaq. Layihə artıq təsdiq olunub və bu gün Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Ahmedov , YAP Nizami Rayon Təşkilatının sədri Ramil Vəlibəyov, Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri və layihəyə cəlb olunmuş memar-dizaynerlər abidənin ərsəyə gətirələcəyi əraziyə baxış keçiriblər. 

Qeyd edək ki, lahiyə xüsusi ideya əsasında hazırlanıb. Layihə fəlsəfi nöqteyi-nəzərindən Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi şanlı qələbəyə qədər keçdiyi tarixi yolu əks etdirir.

Yaxın günlərdə kompleksin təməlinin atılması nəzərdə tutulur.

 


  • 18-01-2022, 17:20