AZ   |   RU
Kiyevdə 2 Azərbaycan vətəndaşı həbs olunub


Ukraynanın paytaxtı Kiyevdə iki Azərbaycan vətəndaşı həbs olunub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Kiyevin Svyatoşinskiy rayon polisi 1985-ci il təvəllüdlü İbrahimov İlqarı və 1980-ci il təvəllüdlü Məlikzadə Təvəkkülü saxlayıb.

Rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılmaya səbəb Ukrayna vətəndaşı Y.K. (qadın) tərəfindən qarət və insanlara hücumla bağlı verdiyi izahat səbəb olub.

  • 11-03-2021, 17:46