AZ   |   RU
Naxçıvanın daha bir sabiq naziri saxlanılıb

Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov saxlanılıb.

Missiya.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, M.Qəribov prokurorluq əməkdaşları tərəfindən tutulub.
Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov da həbs edilib.


  • 9-03-2021, 13:22