AZ   |   RU
Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Tovuz rayonunun Hunanlar kəndində 1 nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi 

Missiya.Az Report-a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı sürücü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.





  • 14-11-2022, 09:57