AZ   |   RU
Rəşad Dağlı qətl törədib

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

  • 9-11-2022, 10:15