AZ   |   RU
Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər - 2001-ci il təvəllüdlü Əşrəf Abbasov, 1962-ci il təvəllüdlü Qabil Ələkbərov, 2003-cü il təvəllüdlü Həsən Əsgərov və 2006-cı il təvəllüdlü Sübhan Hacıyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onları vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

  • 8-11-2022, 20:25