AZ   |   RU
Gəncədə ana və qızını avtomobil vurub

Gəncə şəhərində ana və qızını avtomobil vurub.

Missiya.Az Report-a istinadən xəbər verir ki, şəhər sakinləri, 1957-ci il təvəllüdlü S.Məmmədova və qızı 1981-ci il təvəllüdlü Ş.Məmmədova yolu keçərkən avtomobil onları vurub.

Hər iki qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  • 8-11-2022, 19:57