AZ   |   RU
"Qardaşoğlu" ləqəbi ilə tanınan məşhur kriminal avtoritet İstanbulda öldürüldü

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

Missiya.Az xəbər verir ki, kriminal aləmdə "Qardaşoğlu" ləqəbi ilə tanınan Elnur Qasımov İstanbulda Nicat adlı şəxs tərəfindən güllənərək öldürülüb.

Elnur Qasımov mərhum qanuni oğru “Rövşən Lənkəranski” kimi tanın Rövşən Canıyevin tərəfdarı olub.

Elnur Qasımovun qardaşı Emin Qasımov da kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır.

Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.

Qeyd edək ki, Elnur Qasımov uzun müddət idi ki, İstanbul şəhərində yaşayırdı.


Daşqın Həsənov
Missiya.Az



  • 27-10-2022, 11:53