AZ   |   RU
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən gənclə bağlı qərar çıxarılıb


Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İ.Məmmədzadə barəsində Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarılıb.

Missiya.Az
 "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxs xəstəxanada müayinədən keçəcək.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib.

Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • 11-10-2022, 15:00