AZ   |   RU
Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb


Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Missiya.Az
 APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Hüseynov qonşusu tərəfindən bıçaqlanıb.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



  • 5-10-2022, 23:59