AZ   |   RU
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

  • 28-06-2022, 22:25